top of page

Buta Vending Haqqında

TM groupun –layihəsi olan Buta Vending 2020-ci ilin may ayında start etmişdir. İlk olaraq, Buta Mask modellərindən istehsal edilmişdir. Bu modellərə daha çox supermarketlərin girişlərində rast gəlinə bilər. 

2021-ci ilin avqust ayında isa BT-100 modeli təqdim edilmişdir. Bu model daha funksional və daha qabaritlidir. 

Buta Vending-in kiosk modeli isə daha satışa çıxmayıb və an etibarı ilə araşdırma fazasındadır.
 

Inside the Subway Station
Fleet
image00001.jpeg

Məhsullarımız:

Buta Mask 

Buta Mask- 4 çeşid məhsul qəbul edir, Ödəniş sistemi yalnız qəpik pul (0,10m, 0,20m və 0,50m ekvivalentlərini qəbul edir). Pul qalığı qaytarmır. Soyuducu sistemi yoxdur. 

BT-100

BT-100 – 40 çeşid məhsul qəbul edir. Kağız əskinaz və qəpik pul qəbul edir. Pul qalığı verir. Soyuducu sistemi ilə təchiz olunmuşdur. 

Kiosk

Kiosk – 250 çeşid məhsul qəbul edir. Kağız əskinaz, nağdsız ödəniş və qəpik qəbul edir. Pul qalığı verir. Onlayn izləmə sistemi var. Soyuducu sistemi ilə təchiz olunmuşdur. 

Buta Vendingin Avantajları

Buta Vending layihəsinin ən böyük fərqliliyi isə, şirkət hazır biznes modelinin satışını həyata keçirir. Əlavə gəlir axtaran insanlar üçün mükəmməl alternativdir.

Buta Vending hara qoyula bilər?

Daxili bazarda böyük boşluqlar olduğundan bir çox yerləri dəyərləndirmək olar

⦁    Plazalar

⦁    Xəstəxanalar

⦁    Ali və orta təhsil ocağları

⦁    Yer altı və yer üstü keçidlər

⦁    Airport

⦁    Metrolar

⦁    Hava limanı

⦁    Dəmir yolu stansiyalarına

⦁    Avtovağzallara

⦁    Avtobus dayanacaqları

⦁    Müxtəlif gözləmə zalları

⦁    İstənilən növ dövlət idarələri

Xülasə, insan trafiki yüksək olan bütün yerlər bu cihazların istifadəsi üçün uyğundur.

Destinations
browse.jpg

Azərbaycan bazarı və Buta vending

Heçkimə sirr deyil ki, bu biznes modeli artıq 20-ci əsrin əvvəllərindən var və artıq özünü sübüt etmiş bir biznes  modelidir. 

Lakin Azərbaycan bazarında hələ də bu sahədə böyük bir boşluq var bu sahədə. Səbəb isə bu cihazların xaricdən gətirilməsinin çox baha başa gəlməsi və ən əsası isə ölkəmizdə bu cihazlar üçün serviz xidmətinin olmaması idi. Artıq hər şey dəyişdi. Azərbaycanda ilk dəfə Vending istehsal edilir və texniki dəstəyi də göstərilir. Buta Vending hər bir cihazına bir il qarantiya verir. 

bottom of page